Əsgərliyə getməzdən öncə ağır qəza törətmişdi - HÖKM OXUNDU

Əsgərliyə getməzdən öncə ağır qəza törətmişdi - HÖKM OXUNDU

Bu ilin 6 iyun tarixində Nizami rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş 18 yaşlı A. Əsədovun məhkəməsi başa çatıb.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə A.Əsədov Cinayət Məcəlləsinin 263-1.3-cü (sürücülük hüququ olmadan ölümlə nəticələnən yol qəzası törətmə) maddəsi ilə təqsirləndirilib. Bildirilib ki, həmin gün sürücülük vəsiqəsi olmayan A.Əsədov anasına məxsus “Hyundai Sonata” markalı avtomobili idarə edib.

 

O, hərbi xidmətə getməsinə bir neçə gün qaldığından dostları ilə birgə avtomobillə gəzintiyə çıxıb. Avtomobil gecə saat 23 radələrində Qara Qarayev prospektində hərəkətdə olarkən yolu keçən 37 yaşlı Qasım Zeynalovu vurub. Ağır xəsarətlər alan piyada dünyasını dəyişib.

 

Məhkəmədə bildirilib ki, A.Əsədovun ailəsi qarşı tərəfə dəymiş ziyana görə 10 min manat yardım edib. Q.Zeynalovun yaxınları sürücüdən şikayətçi olmadıqlarını bildiriblər.

 

Məhkəmənin 20 noyabr tarixli hökmü ilə A.Əsədova 3 il sürücülük hüququ məhdudlaşdırılmaqla 4 il 6 ay 19 gün müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...