Yeniyetmə məhkəmə zalında həbs olundu

Yeniyetmə məhkəmə zalında həbs olundu
 
Oğurluqda təqsirləndirilən İntiqam Məmmədov və yetkinlik yaşına çatmayan Ramil Şəfəqqətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən İ.Məmmədov 10 il,  yetkinlik yaşına çatmayan R.Şəfəqqətov isə  3 il müddətinə azadlıqdan məhrum edilib. R. Şəfəqqətov məhkəmə zalında həbs edilib.
 
Qeyd edək ki, bu il mayın 16-da Bakı şəhər sakini Allahyar Səmədovun evindən 6000 manat pul və qızıl əşyalar oğurlamış Füzuli rayon sakini əvvəllər məhkum olunmuş İntiqam Məmmədov və Ramil Şəfəqqətov saxlanılıb.
 
Müəyyən edilib ki, İ. Məmmədov R. Şəffəqqətovu ülgüclə boğazını kəsməklə hədələyərək, onu oğurluğa təhrik edib.


OXŞAR XƏBƏRLƏR