Sumqayıtda evə silahlı hücum - Ailənin iki üzvü öldürüldü 

Sumqayıtda evə silahlı hücum - Ailənin iki üzvü öldürüldü 

Sumqayıtda atışma olub, ölən və yaralananlar var.

 

Sfera.az “Report”a istinadən xəbər verir ki, hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

 

Belə ki, evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

 

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

 

***

 

Evə ov tüfəngi ilə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər.

 

İnsident zamanı Türkiyə vətəndaşı Sərkan Karakaş və Tərlan Fərəcov ağır yaralanıblar.


OXŞAR XƏBƏRLƏR