Arayik Harutyunyanı neçə illik həbs cəzası gözləyir? - Hüquqşünasdan AÇIQLAMA

Arayik Harutyunyanı neçə illik həbs cəzası gözləyir? - Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, oktyabrın 3-də Xankəndidə tutulan Arayik Harutyunyana Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

 

Bəs Harutyunyana bu ittihamlarla neçə il iş veriləcək?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib ki, Arayik Harutyunyana ömürlük həbs cəzası verilməsi gözlənilir:

 


“Qanunvericiliyimizə əsasən, maksimum cəza müddəti 20 ildir. Əgər 20-dən çox olarsa, artıq ömürlük sayılır. Onun törətdiyi cinayətlərdən elə birinin sanksiyası 5 ilədək azadlıqdan məhrumetmədir”.

 

Hüquqşünasın sözlərinə görə, cinayətkarın amnistiya məsələsindən söhbət belə gedə bilməz:

 

“Bu maddələrlə Arayik Harutyunyan amnistiyaya düşə bilməz. Bu cinayətləri törətmiş şəxsin əfv olunması isə heç mümkün olan bir şey deyil”.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR