Logo

Qəbələdəki qətlin görüntüləri yayıldı — "Balamı para-para ediblər" - VİDEO

Qəbələdəki qətlin görüntüləri yayıldı — "Balamı para-para ediblər" - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

Sfera.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini 31 yaşlı Verdiyev Xəyal Xaliq oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Öldürülən şəxsin atası: "Öldürüb. Aparıb morqa qoyub. Arxası ilə gedən də olmayıb. Gedib özümüz gətirmişik. Balam pis gündədi. Balam para-paradı. Səhərə qədər ata-bala ikisi öldürüb. Kəsilmişdi boynu. Uşağın boğazından qan tökülürdü".

Cinayətkarın sinif yoldaşı: "O adam atasını anasını döyən adamdır".

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR