Gəlini qayınana, qayınata və ər birgə öldürübmüş - Dəhşətli təfərrüat

Gəlini qayınana, qayınata və ər birgə öldürübmüş - Dəhşətli təfərrüat
Bu gün Qəbələ rayonunun Kürd kəndində 1991-ci il təvəllüdlü 3 uşaq anası Verdiyeva Səbinə Məzahir qızının qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Sfera.az-ın məlumatına görə, S. Verdiyevanın atası Məzahir Cabbarov APA-ya açıqlamasında deyib ki, qızı boğulmayıb, xüsusi amansızlıqla, küt alətlərdən və bıçaqdan istifadə edilərək qətlə yetirilib.

Bunu S. Verdiyevanın bədənindəki kəsilmiş-deşilmiş yaralar sübut edir. M. Cabbarov iddia edir ki, qızını tək kürəkəni Xəyal Verdiyev deyil, oğlanın atası Xaliq Verdiyev və anası Dürdanə Verdiyeva birgə qətlə yetiriblər: "Son 1 il ərzində qızım həyat yoldaşı, qaynanası və qayınatası tərəfindən 5 dəfə döyülüb, xüsusi işgəncələrə məruz qalıb. Onu evə gətirsək də, həyat yoldaşı ilə bir-birlərini sevərək ailə qurmuşdular, qızım ailəsinin dağılmasını istəmirdi. Biz də valideynləri olaraq həm 3 uşaq anası olduğu, həm də hamilə olduğu üçün qızımızın qayıtmasına razılıq vermişik. Biz də ailəsinin dağılmasını istəmirdik. Sonuncu dəfə isə kənd icra nümayəndəsi Eyyub Alıyevin zəmanət verməsi ilə qızımızın əri evinə qayıtmasına razılaşdıq”.

M. Cabbarov qeyd edib ki, qızının həyat yoldaşının atası X. Verdiyev və anası D. Verdiyeva gənc ailənin dağılmasını istədiklərini heç vaxt gizlətməyiblər: "Bir həftə əvvəl Xaliq Verdiyev küçədə qarşımı kəsdi, dedi ki, Səbinə yenidən əri evinə qayıtsa, onu öldürəcəklər. Ancaq biz sonuncu dəfə də 3 uşaq anası, hamilə olduğunu və həyat yoldaşı ilə bir-birini sevdiyi, həm də kənd icra nümayəndəsinin zəmanət verməsi səbəbindən onun geri qayıtmasına razılıq verdik. Ancaq onlar ailəsinin dağılmamasını istəyən qızımı xüsusi amansızlıqla öldürdülər. Tək Xəyal deyil, atası Xaliq və anası Dürdanə də həbs edilməlidir”.

M. Cabbarov onu da nəzərə çatdırıb ki. Bu ilin mart ayında amansızlıqla döyülmüş, burnu qırılmış qızının həmin vəziyyətdə çəkilmiş fotoşəkilini polisə təqdim edib, tədbir görülməsini istəyiblər: "Ancaq polis hər hansı tədbir görmədi”.

M. Cabbarov bildirib ki, qızı sakit, ailəcanlı olub və kənddə də hər kəs bunu təsdiq edə bilər: "Ancaq qayınatası və qayınanası onun ailəsinin dağılmasını istəyirdilər”.
 






OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...