Keçmiş arvadını yandırdı

Keçmiş arvadını yandırdı
 
Bakıda dəhşətli hadisə baş verib.
 
Sfera.az APA-a istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Şam Bağı” restoranının yaxınlığında qeydə alınıb. Qəsəbə sakini Ceyhun Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A. Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
 
Xəzər rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən C. Zeynalov saxlanılıb. O, keçmiş arvadının üstünə benzin töküb od vurarkən öz əllərini də yandırıb.
 
Onu da əlavə edək ki, A. Zeynalova C. Zeynalovdan ayrıldıqdan sonra başqası ilə ailə qurub.
 

Ağır yanıq xəsarətləri almış Arzu Zeynalova səhər Mərdəkan qəsəbəsindəki 26 saylı birləşmiş şəhər xəstəxanasında görülən ilkin tədbirlərdən sonra 5 saylı şəhər kliniki xəstəxanasına göndərilib. 
 
5 nömrəli xəstəxananın yanıq şöbəsindən Lent.az-a bildirilib ki, xəstənin vəziyyəti hazırda ağırdır. O, 2-ci, 3-cü dərəcəli yanıq xəsarətləri ilə bu gün səhər saatlarında xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. A.Zeynalova hazırda xəstəxananın reanimasiyasındadır. 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...