Azərbaycanda iki rayonda ƏMƏLİYYAT KEÇİRİLDİ - Hərbi komissar SAXLANILDI

Kriminal
16:20 / 04.07.2023
4560
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində əməliyyat keçirilib.
Sfera.az-ın unikal-a istinadən məlumatına görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Cəlilabad rayon şöbəsinin mülki işçisi həbs edilib.
Əlavə məlumat veriləcək.
***
16:01
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon Şöbəsində əməliyyat tədbiri keçirib.
Sfera.az xəbər verir ki, əməliyyat zamanı şöbə rəisi Rahim Ağayev də saxlanılıb.
Ətraflı məlumat veriləcək.