Logo

Dövlət sərhədimizi pozan ermənilərin məhkəməsi başladı

Dövlət sərhədimizi pozan ermənilərin məhkəməsi başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Azərbaycan dövlət sərhədini pozmaqda təqsirləndirilən Ermənistan vətəndaşları olan erməni hərbi qulluqçuları - Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Sfera.az-ın report-a istinadən xəbərinə görə, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmədə elan edilib ki, Arutyun Ovagimyan 1989-cu ildə Ermənistanda anadan olub və Gorus rayonunda yerləşən hərbi hissəsində çavuş kimi müddətdən artıq xidmət keçir.

Karen Kazaryan isə 2004-cü ildə Ermənistanda anadan olub və Gorus rayonunda yerləşən hərbi hissədə müddətli hərbi xidmət keçən hərbi qulluqçudur.

Məhkəmənin baxış iclası iyulun 5-nə təyin edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR