Azərbaycanda ən çox bu şəxslər cinayət törədir - RƏSMİ STATİSTİKA

Azərbaycanda ən çox bu şəxslər cinayət törədir - RƏSMİ STATİSTİKA

Azərbaycanda ötən il məhkum olunmuş şəxslərin sayı 5 faiz artaraq 16 426-ya çatıb. Bir il əvvəl ölkəmizdə 15 649 şəxs məhkum olunub.


Sfera.az bildirir ki, rəsmi məlumatlara əsasən, məhkum olunan hər 2 nəfərdən biri işsizdir. Belə ki, 8 702 məhkum əmək qabiliyyətli olub işləməyən və ya oxumayan şəxsdir. Ötən il işləməyənlərin törətdiyi cinayətlərin sayı 5 faizdən çox artıb. 


Məşğulluq növləri üzrə cinayətlər ən çox hərbi qulluqçular, fəhlələr, şagird və tələbələr tərəfindən törədilən cinayətlərdə artıb. Hərbi qulluqçular 840 (27,2 faiz), fəhlələr 656 (7,7 faiz azalma), şagird və tələbələr 103 (22,3 faiz) cinayət törədib. 


Ən az cinayəti kənd təsərrüfatı işçiləri törədib. Onların törətdiyi cinayətlərin sayı 22-dən 19-a enib. 


Statistika göstərir ki, məhkum edilən şəxslərin böyük hissəsini orta təhsil almış şəxslər təşkil edir. Ümumi cinayətlərin 74 faizi orta təhsilli şəxslər tərəfindən həyata keçirilib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR