Bakıda heyvanların parçaladığı “vor zakon”un kim olduğu bilindi - ŞOK TƏFƏRRÜAT

Bakıda heyvanların parçaladığı “vor zakon”un kim olduğu bilindi - ŞOK TƏFƏRRÜAT

Bakıda meyiti heyvanlar tərəfindən parçalanmış şəxsin kimliyi müəyyənləşib.

Sfera.az APA-ya istinadən bildirir ki, oktyabrın 13-ü saat 15 radələrində Qaradağ rayonu Lökbatan-Buta yolunun kənarındakı gölməçədə üzərində zorakılıq əlamətləri görünməyən təxminən 50 yaşlı kişi meyiti aşkar edilib.

Meyitin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində nazirliyin Kriminalistik Təhqiqatlar İdarəsi və Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Andrey Nikalayeviç Bakay olması müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oktyabrın 13-də paytaxtın Qaradağ rayonu ərazisində sakinlər yol kənarında insan meyitinin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.

Hadisə yerinə baxış keçirilərkən meyitin qollarının və ayaqlarının heyvanlar tərəfindən parçalandığı məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.

Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. APA-nın əldə etdiyi fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə "05 уголовный кодекс” döyməsi var.

Onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq Penitensiar Xidmətin bütün Cəzaçəkmə Müəssisələrinə sorğu göndərilib.


OXŞAR XƏBƏRLƏR

Tramp İrana təşəkkürünü bildirib

ABŞ Prezidenti Donald Tramp İranı Qətərdəki aviabazaya planlaşdırılan hücum barədə vaxtında xəbərdarlıq etdiyinə görə təşəkkür edib.   Sfera.az xəbər...

Rusiyada ayı hücumu: Ölənlər yaralananlar var

Rusiyanın Yujno-Saxalinsk bölgəsində meşəçilər meşə massivində dörd nəfərə hücum edən ayını axtarırlar.   Sfera.az-ın xəbərinə görə, bu barədə ASTV t...

Ərinin qoyduğu qanunlara görə uşaqları ilə birlikdə çayda boğulan kraliça

1960-cı ildə Taylandda yaşayan Kraliça Sunandha 19 yaşında iki uşaq dünyaya gətirərək ana olub.    Sfera.az bu dəfə həyat yoldaşı və onun qoyduğ...

Ərdoğan Niderlanda gedir - NATO zirvəsində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Niderlanda gedəcək.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminmistrasiyasının İctimai...

Milyonlardan imtina edirlər: Ailənin satmaq istəmədiyi evdə nə gizlənir?

Milyonları rədd edən bir ailənin malikanəsində gözlənilməz tapıntı insanları heyrətə gətirib.   Sfera.az bildirir ki, Sidneyin ətrafında yerləşən Zammi...

Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişdi

Yaxın şərq ölkələrinin hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan hav...