“Sadist qatil” 17 il sonra tutuldu: izini itirmək üçün barmaqlarının ucunu yandırıbmış... – İnanılmaz detallar 

“Sadist qatil” 17 il sonra tutuldu: izini itirmək üçün barmaqlarının ucunu yandırıbmış... – İnanılmaz detallar 

Yaxalanmamaq üçün onlarla plastik əməliyyat keçirən və barmaqlarının ucunu turşu ilə yandıraraq izini itirən “sadist qatil” İqor Kuzmenko 17 il sonra tutulub.


Sfera.az xarici mətbuara istinadən bildirir ki, 17 ildir bütün dünyada axtarışda olan və “sadist qatil” kimi tanınan İqor Kuzmenko Ukrayna pasportundan istifadə edərək Rusiyanı tərk etməyə cəhd edərkən saxlanılıb.

 

Dəfələrlə estetik əməliyyat etdirib, barmaqlarının ucunu turşu ilə əridib...

 

Onlarla qətlə görə məsuliyyət daşıyan dəstənin üzvü İqor Kuzmenko 17 illik fərarilik zamanı dəfələrlə plastik əməliyyat keçirərək üzünü dəyişib. O, bununla da kifayətlənməyərək barmaq izini silmək üçün "iş qəzası" olduğunu iddia edərək barmaqlarının ucunu turşu ilə yandırıb. 

 

Saxta pasportlarında Vladimir Kişko, Viktor Kuzmenko və Roman Marçuk adlarından istifadə edən Kuzmenko indi “Les” bandası ilə birgə dəhşətli qətllərdə iştirak etdiyinə görə mühakimə olunur.

10 ildə 50 qətl...


10 il ərzində 50 nəfərin qətlində əli olduğu güman edilən Kuzmenkonun ilk qurbanı “Rodnik” bankının rəhbəri Boris Terpuqov olub. O, 1999-cu ildə Rusiya hökumətinin qərargahı yaxınlığında güllələnəndə 30 yaşında idi.


“Sadist qatil”in digər bir qurbanı, soçili iş adamı Aleksandr Raznikovun lomla öldürüldüyü güman edilir.

Daha öncə də saxlanılıb, amma qaçmağı bacarıb...


Kuzmenko ilə eyni dəstədə olan digər qanqsterlər illər ərzində bir-bir yaxalanıb. Onlardan biri İspaniyada tutulub, ekstradisiya edilərək 23 ilə qədər həbs cəzasına məhkum edilib.

 

Kuzmenko isə 17 il əvvəl Rusiyanın cənubundakı Rostov-na-Donu şəhərində saxlanılsa da, mühakimə olunana qədər məhkəmədən qaça bilib. O vaxtdan bəri də ədalətdən qaçmağı bacarıb. 

 

Peşəkar casus kimi...

 

Rusiyada qaçaq qatilin tutulması gündəmə çevrilib. İstintaq Komitəsinin sədri Yuliya İvanova Kuzmenkonun filmlərdəki peşəkar casuslar kimi davrandığını bildirib:
“O, saxta sənədlərlə bir ölkədən digərinə köçüb, bahalı plastik əməliyyatlarla xarici görünüşünü kökündən dəyişib, barmaq izini belə silib".

Ömürlük həbs...

 

Kuzmenko hazırda “Les” dəstəsinin 2 üzvü ilə birlikdə mühakimə olunur. Qətl, adam öldürməyə cəhd, qanqsterlik, soyğunçuluq və silah qaçaqmalçılığı kimi cinayətlərdə mühakimə olunan dəstə üzvlərinin ömürlük həbs cəzası alacaqları ehtimal edilir.

 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...