"Nida"çı gəncin şikayəti təmin edilmədi
Bu gün narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nida Vətəndaş Hərakatının üzvü Qiyas İbrahimovun evində və üzərində aparılan axtarışla bağlı verdiyi şiakyətə baxılıb.
Sfera.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.
O, bildirib ki, Bakı Apellyasiya Məhkəmsəində Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə şikayt təmin edilməyib və Nizami rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Vəkil bildirib ki, bununla bağlı şikayəti Avropa Məhkəməsinə göndərəcəklər.
Xatırladaq ki, bir müddət öncə Qiyas İbrahimov üzərində və evində aparılan axtarışla bağlı Nizami rayon Məhkəməsinə şikayət vermişdi. Nizami rayon Məhkəməsi onun şikayətini təmin etməyib.
Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə baxılır.