“Ağ ölüm\"ün QARA STATİSTİKASI

“Ağ ölüm\

Hər yazının gücünü və dəqiqliyini rəqəmlər, statistika müəyyən edir. Ümumiyyətlə, statistikaya ciddi yanaşmaq, araşdırmaq, gündəmdə tutmaq məcburidir. Statistikaya ciddi yanaşmaq, məsələyə statistik yanaşmaq da deyil. Çünki qara pərdələr arxasında siyahılara düşməyən, gözdən yayına bilən hadisələr də olur. Aylıq intiharların sayı statistika kimi mediada yayımlanır.

 

İllərdir, eyni cümləni eşidirik: "İntiharlar çoxalıb"

 

Amma kimsə üzərinə məsuliyyət götürüb,səbəbləri araşdırmağa cəhd etmir. 


Araşdırmalar sübut edir ki, asılılığı olan fərdlərin ailə üzvləri onların yaşadığı toksikozları, spazmları fərdin özü kimi, bəzən daha artıq yaşaya bilir. Asılılıq etapına gələnə qədər fərdin müxtəlif psixiatrik təşhis edilmiş və edilməmiş xəstəliklərinin olması istisna edilmir. Bu xəstəliklərin daşıdığı bəzi xüsusiyyətlər müxtəlif maddələrdən asılılıqlar sayəsində daha çox inkişafa səbəb olur. Bunlardan biri də güzgü effektidir. Xalq diliylə desək, beyin neyronlarının forma dəyişikliyi bir çox beyin funksiyalarını zəiflətdikcə, başqa xüsusiyyət də ortaya çıxarır. Bu insanların güzgü effekti, yəni yaxın ətrafına ruhi vəziyyətlərini yansıtması maddə asılılığını əvvəl gözlə görünməyən, nəticədə isə "göz deşən" formata gətirir. Yəni asılı şəxsin zərəri ətrafa metastaz verir. 


Nəticə bundan ibarətdir ki, asılının ətrafı istifadəçi olmasa belə, onunla bərabər spazmlar, gizli və aşkar krizislər yaşayır. Bu davamlı nevrotik hal izahedilməz olduğu üçün hansısa həkimə müraciət etmək ehtiyacı da görülmür. 


Ağ ölümün tozu belə yalnız özünü yox, ətrafını da məhv etməyə qadirdir. Narkotik istifadəçilərinin yaxın ətrafları mütəmadi psixoloji dəstək almalıdır.Əks halda yalnız rəqəmlərə çevrilən puç olmuş insan həyatlarını oxuyub, ah çəkəcəyik.


Narkotik asılılığı bir gündə peyda olmur. İnsan səhər yuxudan oyanıb, istifadəçi olmağa qərar vermir. Yeniyetmələrlə iş sovetlər zamanındakı sistemdən yararlanmalıdır.

 

Uşaq inspektorlarının məktəblərlə sovetlər zamanı gördüyü işi davam etdirən hansısa qurum varmı?

 

Məktəblərin əksəriyyətində psixoloq ştatı simvolik xarakter daşıyır. Hətta hər məktəbdə olsa belə, həmin psixoloqların maddə asılılığı və xüsusiyyətləri haqda nə qədər təsəvvürü var? İstər təhsil müəsssisələri olsun, istərsə də rayon icra hakimiyyətinə bağlı təşkilatlar, bu mövzuda hüquqşünasların, polisin, ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə birgə öyrənməyə çox ehtiyac var.


İndi isə gələk, başqa statistikaya:


2022-ci ilin statistikasına görə 8535 nəfər - 13-ü azyaşlı,  229 nəfəri isə qadın olmaqla narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb edilib. 3 ton 753 kq narkotik vasitə və psixotrop maddə, 200 ton çətənə, onlayn 1 ton 500 kq narkotik psixotrop, 375 nəfərdən ibarət 153 mütəşəkkil dəstə aşkarlanıb. 2021-ci illə müqayisədə aşkarlananların sayı 2144 nəfər çoxdur.Rəqəmlərin artmağı bir tərəfdən dəhşətli olsa da, digər tərəfdən sevindiricidir. Çünki aşkarlanıb. 2144 rəqəmini adambaşına minimum 4 ailə üzvü qədər görsək, o qədər insan xilas olub deməkdir. 


Gənclər arasında təbliğat işinin artırılması məqsədilə gənclər, musiqiçi və videoblogerlər arasında maarifləndirmə məqsədli müsabiqələr təşkil edilir. Televiziyalar videomateriallar, proqramlar hazırlayır. Ailələr və valideynlər də birgə işə qoşulmalıdır. Asılılıq ehtimalı olan və ya şübhə duyduqları məqamda çəkinmədən aidiyyatı orqanlardan yardım istənilməlidir. Vaxtında aşkaralanan problem, yarıya qədər həll edilmiş məsələdir. 


Başqa ölkələrdə fəaliyyət göstərən narkotacirlər istifadəçiləri tamamilə özlərindən asılı vəziyyətə salmaq üçün onlardan müxtəlif videolar tələb edirlər. Krizis vəziyyətində olan istifadəçilərdən maddi ödənişdən başqa şəhid və qazilərimizin təhqiri əks olunmuş videomateriallar tələb olunur. Beləliklə, şantaj üsulu ilə istifadəçi "əbədi müştəri"yə çevrilir.


Hər bir sosial şəbəkə istifadəçisi belə videoları yayıb, tənqid və ya təhqir etmək yerinə, aidiyyatı quruma göndərməlidir. Bu da vaxtında aşkarlanan istifadəçi-narkotacir münasibəti, eləcə də şantaj kimi davamlılıq gətirən cinayət tətikləyicisinin aradan qaldırılması deməkdir.


Narkotiklərlə mübarizəyə yeddidən, yetmiş yeddiyə hər kəs özünü cəlb etməlidir. Bu, yalnız polisin, müvafiq qurumların məsələsi deyil, gələcək taleyimizin problemidir. 


Onlayn alış-veriş


Bu sistem polisin işini çətinləşdirsə də, keçən il 1 ton 500 kq onlayn satış polisin apardığı cinayət axtarış tədbirləri sayəsində aşkarlanıb. Satış prosesində alan şəxslə satan şəxs bir -birini görmür. Müxtəlif gizlin yerlərə kuryerlər narkotik maddələri çatdırır. Alıcı bank hesabına pul köçürür. Müxtəlif gizli yerlərdən maddələri götürürlər. Çətin də olsa, belə bir sistemlə fəaliyyət göstərən şəbəkələri, narkotacirləri Azərbaycan polisi çevik tədbirlərlə aşkarlaya bilir.


Aparılan davamlı iş, təbliğat, əməliyyat-axtarış fəaliyyətlərinə rəğmən narkotiklərdən istifadə, satış hər gün çoxalır. Səbəb isə birdir: Pul, maddi maraqlar.

 

Əvvəldə də yazdığım kimi ,narkotika və müxtəlif asılılıqların güzgü effekti var. Bu gün satışdan, başqalarını cəlbdən gəlir əldə edənlərin üzərinə mütləq ki güzgü effekti düşəcək. Özü, doğmaları, əzizləri bundan nəsibini alacaq. Bu, fəlsəfi, magik fikir deyil. Asılılıqların sinxron effektidir. Biz təbiətin bir hissəsiyik. Beynimiz, funksiyaları da bədənimizin digər üzvləri kimi saat dəqiqliyi ilə təbii ritmlə işləyir. Narkotik vasitələrin də bumeranq effekti, güzgü effekti var. Bu işlə məşğul olanlar düşünməsin ki, güzgünün əksi onların üzərinə düşməyəcək və ya özünü maarifləndirmə prosesindən kənarda tutan, "mənə nə?" deyib, yaxasını kənara çəkən hamı məsələyə öz problemi kimi yanaşmalı, aidiyyatı dövlət qurumları ilə birgə çalışmalıdır.

 

Mehman Muradlı 
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun direktoru


OXŞAR XƏBƏRLƏR

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...