Logo

Sevgilisini otelin 6-cı mərtəbəsindən ATDI

Sevgilisini otelin 6-cı mərtəbəsindən ATDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda kişi qeyri-rəsmi münasibətdə olduğu qadını 6-cı mərtəbədən atıb.

DİN Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, fevralın 16-da Nəsimi rayonunda bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması məlum olub. Qadın otelin 3-cü mərtəbəsindəki çardağın üzərinə düşməsi nəticəsində sağ qalıb. O, dərhal xəstəxanaya yerləşdirilib.

Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR