Logo

“Mənə niyə çəp baxdın” deyərək adamı... - Azərbaycanda QƏRİBƏ HADİSƏ 

“Mənə niyə çəp baxdın” deyərək adamı... - Azərbaycanda QƏRİBƏ HADİSƏ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Emil Cəfərov və Sakit Süleymanov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman E.Cəfərov S.Süleymanova: “Mənə niyə çəp baxdın”, - deyib və ona bıçaqla xəsarət yetirib.

E.Cəfərov hadisəni törədən zaman sərxoş olduğunu bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Emil Cəfərov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR