Logo

Soyuq silah gəzdirənlərin cəzası ağırlaşdı

Soyuq silah gəzdirənlərin cəzası ağırlaşdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gündən soyuq silahların daşınmasına qarşı Gürcüstan qanunvericiliyində sanksiyalar sərtləşir.

Sfera.az xəbər verir ki, 1 yanvardan qonşu ölkədə “İnzibati Xətalar Məcəlləsi”ndə, həmçinin cinayət qanunvericiliyində həyata keçirilən dəyişikliklər qüvvəyə minir.

Qanun layihəsinə əsasən, küçədə, həyətdə, stadionda, meydanda, parkda, təhsil müəssisəsində, məhkəmədə, hava limanında, kinoteatrda, teatrda, konsert salonunda, kafedə, restoranda, bütün növ ictimai nəqliyyatda, avtovağzalda, dəmiryolu vağzalında və digər insanların toplaşdığı yerlərdə soyuq silah/bıçaq gəzdirmək 200 lari deyil, 500 lari məbləğində cərimə nəzərdə tutur və soyuq silah müsadirə olunacaq.

Sənəddə deyilir ki, soyuq silahların daşınmasına görə məsuliyyət təkcə pul sanksiyalarının artırılması baxımından sərtləşdirilməyəcək, təkrar törədilməsi şəxsin inzibati məsuliyyətlə deyil, cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR