“Dur, buradan aralan!" - Azərbaycanda keçmiş Milli Qəhrəmana 8 bıçaq zərbəsi vuruldu

“Dur, buradan aralan!

Gəncə Ağır Cinayətlər Məhkəməsində Gornaboy rayonundakı “N” saylı hərbi hissənin sabiq komandiri, keçmiş Milli Qəhrəman, 1956-cı il təvəllüdlü Rasim Əkbərovu bıçaqlayaraq öldürməyə cəhd edən Xalid Məmmədova hökm oxunub. 


Sfera.az xəbər verir ki, hadisə ötən ilin sentyabrın 8-də Goranboy şəhərində baş verib. 


Məlum olub ki, Xalid Məmmədovun atası Ziya Məmmədov Rasim Əkbərovun tabeliyində birinci Qarabağ müharibəsində iştirak edib. R. Əkbərov rayon sakinləri arasında tanınan və yüksək nüfuza sahib olan biri kimi tanındığından Xalid ona yaxınlaşaraq tanışlıq verib və həbsdə olan tanışının azadığa buraxılması üçün ondan kömək istəyib. Rasim Əkbərov ondan həmin şəxsin ad və soyadını sürücüsü Zirəddinə deməyini, köməklik göstərəcəyini  bildirib. Növbəti gün o çayxanada çay içərkən Xalid ona yaxınlaşıb və dünənki vədini xatırladıb. Lakin Rasim həmin vaxt telefonla danışdığından Xalidə şəxsi söhbəti olduğunu və oradan uzaqlaşmasını deyib. Xalid israr etdikdə Rasim yenidən “Dur, buradan aralan! Telefonla danışıram!”, - deyərək əsəbiləşib. Bu zaman Xalid üzərində daşıdığı bıçaqla ona 8 dəfə xəsarət yetirib. Ağır yaralanan 65 yaşlı R.Əkbərov Gəncə Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Məhkəmənin hökmü ilə Xalid Məmmədov Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Goranboy rayonundakı "N" saylı hərbi hissənin sabiq komandiri olan Rasim Əkbərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülsə də, dövlət çevrilişinə cəhddə günahlandırılıb və 15 illik həbs cəzası alıb. Həbs ediləndə fəxri adı ləğv olunub.

 

Fotoda: Rasim Əkbərov

No description available.

 

Nəzrin Cavadzadə

 


OXŞAR XƏBƏRLƏR

Trabzonda daşqın, bir nəfər itkin düşdü- VİDEO

Türkiyənin Trabzon şəhərində dünəndən yağan güclü yağışlar daşqına səbəb olub.   Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, yağış əs...

SOCAR Neft Daşlarında çalışan neftçilərin həyatını əks etdirən yeni film çəkdi

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft daşlarında çalışan 4 neftçi dostun həyatını əks etdirən yeni film ərsəyə gətirib.   Sfera.az xəbər verir ...

Ravil Qaynutdin növbəti beş il müddətinə Rusiya müsəlmanlarının ali müftisi SEÇİLDİ

Rusiya müsəlmanlarının VIII Qurultayı keçirilib.   Sfera.az xəbər verir ki, Moskva cümə məscidində keçirilən Rusiya Müsəlmanları Ruhani İdarəsinin Qu...

Azərbaycanlı gənclər daimi yaşamaq üçün hansı ölkələrə gedib? - STATİSTİKA

2023-cü ildə Azərbaycanı daimi yaşamaq üçün 685 gənc tərk edib.  Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2022-c...

“Wildberries”in ofisi yaxınlığındakı atışma ilə bağlı həbs edilənlərin sayı 19 nəfərə ÇATDI

Moskvanın Meşanski məhkəməsi Rusiya paytaxtının mərkəzində yerləşən “Wildberries” şirkətinin ofisi yaxınlığında baş vermiş atışma ilə bağlı 13 nəfər...

Azərbaycan XİN Maltanı Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Maltanı Milli Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə qurumun “X” hes...