Rasim Məmmədov məhkəmədə SON SÖZ dedi: “Bəraət istəyirəm...”

Rasim Məmmədov məhkəmədə SON SÖZ dedi: “Bəraət istəyirəm...”

Bakı Ağır Cinayətlər Məhkəməsində “Baku Steel Company”nin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sfera.az xəbər verir ki, hakim Leyla Məmmədovanın sədrliyi ilə baş tutan iclasda Rasim Məmmədova sön söz verilib. O, özünü təqsirli bilməyib və məhkəmədən bəraət istəyib:

 

“Atam 5 uşaq böyüdüb, beşi də alimdir. Bizim nəsildə cinayətkar olmayıb, heç kimin malını talamamışıq. Bu ittihamlardan belə çıxır ki, 10 ildə  bütün cinayətləri törətmişəm, zavodu talamışam. Ortada sübut da yoxdur. Mən arsız məmur deyiləm ki, işdən çıxarılam, sonra gedəm yığdığımı xərcləyəm. Mən iş adamıyam, işimin başında olmalıyam. Başa düşə bilmirəm ki, nə etmişəm? Mən cinayət törətməmişəm. Bəraət istəyirəm.“

 

Daha sonra məhkəmə müşavirəyə yollanıb. 

 

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: S-400 məsələsi artıq bağlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini müzakirə etmədiyini, lakin F-35 təyyarəl...

Sertifikasiya imtahanında 7 müəllimin nəticəsi ləğv ediləcək

18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.   Bu barədə Sfera.az Məktəbəqədər və ...

Ezgi iki illik ərindən boşandı - FOTO

Aktrisa Ezgi Mola həyat yoldaşı Mustafa Aksakallıdan ayrılıb. OLAY yazır ki, bu barədə Ezgi özü məlumat yayıb.  O bildirib ki, 2 illik evliliklərini son...

Kütləvi zəhərlənməyə səbəb olan dönərxana ilə bağlı - RƏSMİ AÇIQLAMA

Tovuzda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əmək...

Milyonlarla uduşla “Poz-Qazan” əyləncəsi artıq OBA-da!

“Azərlotereya”nın çox sevilən “Poz-Qazan” lotereya biletləri ilə böyük uduşlara aparan yol indi OBA-dan da keçir. Milyonlarla uduşlu &ld...

Nazim həmin həkimdən 50 min təzminat alıb

Müğənni Nazim Pişyari (Faytonçu) illər öncə “Elmed” klinikasının cərrahı Elman Əzimovla aralarında başlayan məhkəmə çəkişməsində 50 min manat təzmin...