Ermənistan xüsusi xidmət orqanlarına casusluq edən şəxsin MƏHKƏMƏSİ BAŞLADI

Ermənistan xüsusi xidmət orqanlarına casusluq edən şəxsin MƏHKƏMƏSİ BAŞLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə ittiham olunan Azərbaycan vətəndaşı, 1970-ci il təvəllüdlü Aydın Zəkiyevin məhkəməsi başlayıb.

Sfera.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Aydın Zəkiyevin orta təhsilli olduğu, əvvəllər makler işlədiyi məlum olub. Daha sonra hakim təqsirləndirilən şəxsin saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasından Bakı istintaq təcridxanasına etap olunması barədə qərar qəbul edildiyini bildirib. Qərar icra olunması üçün müvafiq quruma göndəriləcək.

 

Aydın Zəkiyev deyib ki, hazırda müalicə müəssisəsində müalicə alır. O, Bakı istintaq təcridxanasına nə vaxt köçürüıləcəyini soruşub. Hakim isə bildirib ki, məhkəmə qərarı icra olunması üçün müvafiq qurumlara göndərəcək və qaydalara həmin qurumlar tərəfindən müəyyən ediləcək.

 

Daha sonra hakimlər məhkəmə istintaqının açıq keçirilməsi, məhkəmə baxışını yanvarın 9-a təyin olunması barədə qərara qəbul ediblər.

 

Qeyd edək ki, Aydın Zəkiyevin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb edilməsində vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunub və saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.

 

Məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürmüş, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.

 

Aydın Zəkiyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar, bu Məcəllənin 281.1 və 281.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və digər maddələri ilə ittiham edilir.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...