Logo

42 yaşlı arvadını öldürən şəxs tutuldu 

42 yaşlı arvadını öldürən şəxs tutuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 14 - ü həyat yoldaşını bıçaqlayan və sonra hadisə yerindən uzaqlaşan Gəncə sakini polis tərəfindən saxlanılıb.

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq mühafizə orqanı əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, o, mübahisə zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə təqsirli bilinir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR