Anasını və bacısını qətlə yetirənə AĞIR CƏZA
Anasını və bacısını qətlə yetirməkdə ittiham olunan Murad Niftizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçiriən prosesdə hökm elan olunub. Hökmə əsasən Niftizadə Murad 20 il müddətinə azalıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib.
M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.
Məlum olub ki, qətl hadisəsi qısqanclıq zəminində baş verib. Qətlə yetirilən Fatma uşaqları azyaşlı olandan onları yaşadıqları kənddə atıb və paytaxta qaçıb.
Paytaxtda bir müddət başqa bir kişi ilə yaşayan Fatma qızı Elgün yetkinlik yaşına çatandan sonra onu oğurlayıb və yanına gətirib.
Murad Elgünü bir neçə dəfə geri aparmaq istəsə də, bu istəyinə nail olmayıb. Sonuncu dəfə hadisə də bu mübahisə üstündə yaranıb.
Nəzrin