Əmisi oğluna görə adam bıçaqlayan şəxsə hökm oxundu

Əmisi oğlunu döydüyü üçün qonşusunu bıçaqlayan 2001-ci il təvəllüdlü Ömər Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. O məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Ö. Qurbanov bu il avqustun 28-də axşam 21 radələrində 15 yaşlı əmisi oğlunu döydüyü üçün Əlizamin Bayramlı ilə mübahisə edib. Yaranan mübahisə zamanı Əlizamin yumruqla Öməri vurub. Ömər isə cibində gizlətdiyi bıçaqla onu vuraraq xəsarət yetirib.
Ö. Qurbanov barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Nəzrin