Müəllim şagirdi maşınla vurdu

Müəllim şagirdi maşınla vurdu

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Sfera.az APA-a istinadən xəbər verir ki, hadisə Ağdaş şəhərində qeydə alınıb. Ağdaş Dövlət Hümanitar Kollecinin tarix müəllimi Rəcəb Vəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2006-cı il təvəllüdlü Həsənov Mehdi Bəhruz oğlunu vurub.
 
Orta məktəbin 5-ci sinif şagirdi olan Mehdi Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində uşağı xilas etmək mümkün olub. Hazırda məktəblinin uşaq travmatologiya şöbəsində müalicəsi davam etdirilir.
 
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...