Logo

İçində 80 min manat olan seyf oğurlandı

İçində 80 min manat olan seyf oğurlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İçində 80 min manat olan seyf oğurlandı

Gəncə şəhərində maskalı şəxslər şirkətə basqın ediblər.

Sfera.az  "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində baş verib.

Belə ki, naməlum şəxslər orada yerləşən şirkətin gözətçisini döyüblər və sonra isə içərisində 80 min manat olan seyfi özləri ilə aparıblar.

İlkin məlumatlara görə, basqınçılar iki nəfər olub.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, ötən axşam baş verən hadisə ilə bağlı əməliyyat-axtarış qrupu yaradılıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR