Tanışının üstünə balta ilə getdi... – 8 il həbs cəzası aldı

Tanışının üstünə balta ilə getdi... – 8 il həbs cəzası aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı Şirzad Quliyevin üzərinə balta və bıçaqla  hücum edən 1990-cı il təvəllüdlü Zahid Babayevin (soyadlar şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az xəbər verir ki, məhkəmənin hökmü ilə Z. Babayev 8 il müddətinə azaldıqdan məhrum edilib.

 

İttihama görə, Zahid Babayev Şirzad Quliyevin 16 yaşlı qonşusuna narkotik vasitə satması ilə bağlı şayiələr yaydıqdan sonra tanışlar arasında ədavət yaranıb. Buna görə Zahid mütəmadi olaraq Şirzada zəng edərək onu təhqir edib.

 

Aralarındakı sonuncu mübahisə zamanı Zahid Şirzadın üzərinə balta ilə hücum etsə də, ətrafdakılar onu uzaqlaşdıra biliblər. Zahid sakitləşməyərək əlində olan daşla Şirzadın avtomobilinin ön kapotuna zərbələr vurmağa başlayıb. Daha sonra isə bıçaqla Şirzadın qol və üz nahiyyəsindən xəsarətlər yetirib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...

Rusiyalı diplomat Azərbaycan XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar X...

Kontakt karate növləri üzrə yay seminarı təşkil olunub - FOTOLAR

Azərbaycan Karate Federasiyasının rəhbərliyi ilə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş Kontakt karate növləri üzrə (Kyokuşinkay, Kosiki, Asihara)...