Üç uşaq anası olan sevgilisinə bıçaqla xəsarət yetirən 15 yaşlı oğlana HÖKM OXUNDU

Üç uşaq anası olan sevgilisinə bıçaqla xəsarət yetirən 15 yaşlı oğlana HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonunda sevgilisinə bıçaqla xəsarət yetirmiş 2007-ci il təvəllüdlü İlkin Cəbiyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Sfera.az xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ. Cəbiyev 3 il azadlıqdan məhrum edilib. Qərara əsasən, İ.Cəbiyev barəsində 70-ci maddə tətbiq edilərək ona iki il müddətinə şərti cəza təyin edilib.

 

Xatırladaq ki, hadisə bu il iyulun 5-də baş verib.

 

İlkin Cəbiyev məhkəməyə verdiyi ifadəsində bildirib ki, onunla eyni məhəllədə yaşayan Dilbər İbrahimova ilə iki il öncə, 13 yaşı olarkən tanış olub və aralarında intim münasibət yaranıb. Lakin bu ilin iyun ayından başlayaraq Dilbər ona qarşı soyuq davranmağa başladığından 15 yaşlı oğlan Dilbərin ona xəyanət etdiyi qənaətinə gəlib. Bu məqsədlə bıçaq götürərək Dilbərin evinə gedib. Qapını Dilbərin uşaqları açıb və analarının evdə olmadığını, paltar mağazasına getdiyini deyiblər. İlkin həmin ünvana gedib və orada qadına bıçaqla xəsarət yetirib.

 

Dilbər İbrahimova ailəli olub və 3 azyaşlı uşağı var. O məhkəməyə verdiyi ifadəsində bildirib ki, əri söhbətdən xəbər tutduqdan sonra onu döyüb və boşanmaq üçün məhkəməyə müraciət edib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...

Bu ayda Günəşdə ilk güclü partlayış baş verib

Mayın 13-də X sinifinə aid güclü Günəş partlayışı qeydə alınıb.   Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar...