Logo

Qardaşının nişanında gəlinin əmisi oğlunu bıçaqladı - DETALLAR

Qardaşının nişanında gəlinin əmisi oğlunu bıçaqladı - DETALLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəki Ağır Cinayətlər Məhkəməsində qardaşının nişanlısının yanında oturduğu üçün Alxan Məmmədovu bıçaqlayan 1988-ci il təvəllüdlü Pərviz Qənbərova (soyadlar şərtidir) hökm oxunub.

Sfera.az xəbər verir ki, hadisə bu il iyulun 3-də Yevlax rayonunda baş verib.

Pərviz qardaşının nişan mərasimində Alxan adlı şəxsin gəlinlərinin yanında əyləşdiyini görüb və bundan qəzəblənib. O, Alxana yaxınlaşaraq etiraz etdikdə Alxan gəlinin əmisi oğlu olduğunu bildirib. Buna baxmayaraq, içkili olan Pərviz Alxanla mübahisə etməyə başlayıb. Daha sonra isə o, bıçaqla kürək nahiyyəsindən Alxana xəsarət yetirib.

Məhkəmənin hökmü ilə Pərviz  Qənbərovun barəsində  9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Nəzrin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR