“Dedilər, Putinə böhtan at, cəzanı azaldaq” - Viktor But

“Dedilər, Putinə böhtan at, cəzanı azaldaq” - Viktor But

Rusiyaya qaytarılan biznesmen Viktor But yerli mediaya səs-küylü açıqlamalar verib.

Sfera.az bildirir ki, o, “Komsomolskaya Pravda”ya müsahibəsində ABŞ-dakı istintaq prosesindən danışıb.  Viktor həbs cəzasının azaldılması və ailəsi üçün “yaşıl kart” müqabilində Rusiya prezidenti Vladimir Putinə böhtan atmaq təklifi aldığını deyib.

 

“Məni ömürlük həbslə hədələdilər. Hətta “ABŞ hökuməti” adından həyat yoldaşıma müraciət etdilər. Ona dedilər ki, əməkdaşlıq etsəm, həbs müddətimi qısaldacaqlar, ailəmə “yaşıl kart verəcəklər”. Putin haqqında mənfi açıqlamalar verməyimi istədilər. Belə təkliflər istintaq zamanı - Amerika kəşfiyyat xidmətləri mənə təzyiq göstərməyə çalışarkən gəldi”.

 

Xatırladaq ki, Rusiyada narkotik qaçaqmalçılığında təqsirli bilinən amerikalı basketbolçu Britni Qriner ABŞ-da qeyri-qanuni silah ticarəti və terroru dəstəkləmək cəhdinə görə məhkum edilmiş rusiyalı Viktor Butla dəyişdirilib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, məhbusun qaytarılması prosesi FSB vasitəsilə təşkil olunub.

 

Viktor But Amerika vətəndaşlarının qətli məqsədi ilə sözləşmə hazırlamaqda və terrorizmə maddi dəstək verməkdə ittiham olunub. O, 2008-ci ilin martında Banqkokda həbs olunub və ABŞ-a gətirilərək 25 il həbs cəzasına məhkum edilib. Amerikalı basketbolçu Brittni Qrayner barəsində isə Rusiyanın Ximki Şəhər Məhkəməsi tərəfindən narkotik qaçaqmalçılığı ittihamı ilə 9 illik həbs və 1 milyon Rusiya rublu cərimələnməsi qərarı verilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Yaddaşı silmək mümkün olacaq - YENİ TƏDQİQAT

Beynimiz yaddaş, təcrübələrimizin və məlumatlarımızın saxlanması üçün kompleks neyron şəbəkələrindən ibarətdir. Lakin travmatik xatirələr insanın həyat keyfiyyə...

İranın daxili işlər naziri: "Barmaqlarımız tətikdədir"

İranın daxili işlər naziri İskəndər Momeni Tehranda İsrailin ölkəyə qarşı apardığı son hücumlarda həlak olanların böyük dəfn mərasimində iştirak edib.  ...

Qəbələdə 16 yaşlı qız əməliyyatdan üç gün sonra öldü

Qəbələdə 16 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı məlumat yayılıb.    Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Qəbələ Rayon Mərkəzi...

Məşhur iş adamının oğlu öldü

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın ailəsində a...

Rusiyada daha bir azərbaycanlı qətli - TƏFƏRRÜATLAR

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli ...

"Ukraynanın NATO-ya üzvlüyü ciddi təhlükələr yaradacaq" - Orban

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzvlüyünün ciddi təhlükələr yaradacağını bildirib.   Sfera.az TASS agentliyinə istinadən xəb...