Dostunu yumruqla öldürən şəxsə HÖKM OXUNDU

Dostunu yumruqla öldürən şəxsə HÖKM OXUNDU

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışı 2007-ci il təvəllüdlü Sərxan Babayevi ehtiyatsızlıqdan öldürən 2006-cı il təvəllüdlü Namiq Abdullayevə (soyadlar şərtidir) hökm oxunub.

Sfera.az xəbər verir ki, hadisə bu ilin iyulun 26-da Xətai rayonu, Ağ Şəhər ərazisində yerləşən “Nizami” parkında baş verib.

 

Dostları ilə parkda skamyada əyləşərkən Namiq Sərxana zarafat məqsədi ilə şillə vurub. Sərxan onun bu zarafatından xoşlanmadığından dostlar arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib və Namiq Sərxanın baş və gicgah nahiyəsinə 2-3 dəfə yumruq zərbəsi endirib. Aldığı zərbələrdən Sərxanın halı pisləşib, həmin gün saat 18:00 radələrində isə 15 yaşlı oğlan dünyasını dəyişib. 

 

Məhkəmənin hökmü ilə 16 yaşlı Namiq Abdullayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR