Küçədə qadının boyunbağısını oğurlayıb qaçan şəxsə HÖKM OXUNDU

Kriminal
14:02 / 07.12.2022
12793
Xırdalan şəhərində qadının boynundan qızıl boyunbağını oğurlayan 1985-ci il təvəllüdlü Mais Babayev (soyad şərtidir) cəzalandırılıb.
Sfera.az xəbər verir ki, Abşeron Rayon Məhkəmsinin hökmü ilə o, 3 il müddətinə azalıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib. Xoşbəxt Həsənli axşam 9 radələrində 4 yaşlı qızı ilə evinə qayıdarkən Mais onu izləməyə başlayıb. O, arxadan qadına yaxınlaşaraq dəyəri təxminən 700 manat olan 10 qramlıq qızıl boyunbağını dartıb qıraraq hadisə yerindən qaçıb. Bundan sonra qadın hadisə ilə bağlı polisə müraciət edib.
Nəzrin