Rasim Məmmədova son söz üçün VAXT VERİLDİ
Bakı Ağır Cinayətlər Məhəməsində "Baku Steel Company"nin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sfera.az xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin vəkilləri çıxış edib. Vəkil Pərviz Məmmədov və Zibeydə Sadıqova çıxışlarında Rasim Məmmədovun elan olunan ittihamları qəbul etmədiklərini, dövlət ittihamçısının tələb etdiyi 15 il azadlıqdan məhrumetmə cəzası ilə razı olmadıqlarını bildiriblər.
Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.
Məhkəmə son söz üçün Rasim Məmmədova dekabrın 9-a kimi vaxt verib.
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Nəzrin Cavadzadə