Atasını söydüyünə görə qayçı ilə adam öldürən şəxsə HÖKM OXUNDU
Kriminal
16:00 / 05.12.2022
16048
Bakı Ağır Cinayətlər Məhkəməsində həmkəndlisi Toğrul Abdullayevi qayçı ilə qətlə yetirən 2000-ci il təvəllüdlü Rəşad Musayevə hökm oxunub.
Sfera.az xəbər verir ki, R. Musayev məhkəmənin qərarına əsasən 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyunun 28-də Bərdə rayonunun İmirli kəndində qeydə alınıb. Məlum olub ki, Rəşad və Toğrul arasında yaranan mübahisəyə səbəb Toğrulun yüksək sürətlə avtomobil idarə etməsi olub.
Rəşadın atası irad bildirdikdə Toğrul onun ünvanına nalayiq ifadələr işlədib. Buna görə Rəşad Toğrulla mübahisə edib və bu zaman qayçı ilə onun döş qəfəsindən xəsarət yetirib. T. Abdullayev aldığı xəsarətdən dünyasını dəyişib.
Nəzrin