Həyat yoldaşını döydü, 1000 manatından oldu – MƏHKƏMƏ QƏRARI

Həyat yoldaşını döydü, 1000 manatından oldu – MƏHKƏMƏ QƏRARI

Arvadını döyən ər 1000 manat cərimələnib.

Sfera.az xəbər verir ki, hadisə bu il oktyabr ayının 6-da Sumqayıt şəhərində baş verib.

 

Hadisə günü Gülnar Babayeva və əri Sərxan Babayevin (soyadlar şərtidir) arasında mübahisə yaranıb. Mübahisə əsnasında həyat yoldaşının sözlərindən əsəbiləşən Sərxan onu yumruqla vuraraq baş nahiyyəsinə müxtəlif xəsarətlər yetirib. Hadisədən sonra Gülnar DİN-nin 102 xidmətinə ərinin onu döyməsi ilə bağlı məlumat verib, ardından isə polis bölməsinə gələrək şikayət ərizəsi yazıb.

 

Xatırladaq ki, cütlük 2014-ü ildə ailə həyatı qurub və onların bu evliliklərindən iki azyaşlı uşaqları var.

 

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Sərxan Babayevin barəsində 1000 manat cərimə cəzası təyin edilib.

 

Nəzrin


OXŞAR XƏBƏRLƏR

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul ELAN EDİLDİ

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilib.   Bu barədə Sfera.az-a Dövlət İ...

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə YARADILACAQ

Türkiyədə kibertəhlükəsizlik üzrə idarə yaradılacaq.   Sfera.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.   Bildirili...

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi Fransaya etiraz bəyanatı yaydı

Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Kaledoniyanın Azadlıq Cəbhəsi (FLNKS) Bəyanat yayıb.   Sfera.az xəbər verir ki, bəyanata...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...