Keçmiş icra başçısına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır

Keçmiş icra başçısına qarşı dələduzluq edən şəxsin məhkəməsi başlayır

Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Məharət Mustafayevə qarşı dələduzluq etməkdə təqsirləndirilən Razin Qəhrəmanovun məhkəməsi başlayır.

 

Sfera.az xəbər verir ki, prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq və iş hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.

 

Qeyd edək ki, R.Qəhrəmanova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

 

Xatırladaq ki, daha əvvəl M.Mustafayevlə R.Qəhrəmanov eyni ittiham üzrə - dələduzluq və rüşvətə təhrik etmə maddəsi ilə ittiham edilmişdi. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Mustafayev Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi tətbiq edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib. R.Qəhrəmanova isə 10 min manat cərimə cəzası təyin edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, M.Mustafayevin cəzası 1 il azaldılaraq 3 ilə endirilib.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR

Slovakiyada məktəb qətliamı azı iki nəfərin ölümü ilə nəticələnib

Bu gün Slovakiyanın Spiska Stara Ves şəhərində məktəbdə qətliam baş verib. Dərs zamanı 18 yaşlı oğlan bıçaqla müəllimə və iki sinif yoldaşına hücum edib. Ən azı...

Fransa Suriya ilə bağlı konfrans keçirəcək

Fransa fevralın 13-də Parisdə Suriyadakı vəziyyətlə bağlı konfrans keçirməyi planlaşdırır. Sfera.az bildirir ki, bu barədə Reuetrs məlumat yayıb. "...

Bloqqer müalicəsinə pul yığmaq üçün uşağına narkotik verdi

Avstraliyada bir bloqqer ianə toplamaq və izləyici sayını artırmaq üçün bir yaşlı qızını zəhərlədiyinə görə mühakimə olunacaq. Sfera.az bildirir ki, körpə ağ...

Ona Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?

Braziliya məhkəməsi keçmiş prezidentə Trampın andiçmə mərasiminə qatılmağa qadağa qoyub: Səbəb nədir?   Braziliyanın Ali Məhkəməsi keçmiş prezident Jai...

Qəzzada atəşkəs sazişi imzalandı

HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.   ...

FHN Sumqayıtdakı ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat dax...