Logo

Bakıda qətlə yetirilən 16 yaşlı cüdoçu - FOTO

Bakıda qətlə yetirilən 16 yaşlı cüdoçu - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Noyabrın 26-da Bakının Şağan qəsəbəsində qətl hadisəsi törədilib.

Sfera.az manset-ə istinadla xəbər verir ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Xatırladaq ki, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Bakıda qətlə yetirilən 16 yaşlı cüdoçu - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR