“Aylıq xərcləri şişirtməklə baş ofisdən vəsait tələb edib” - Mehmet Şahanın məhkəmə prosesi

“Aylıq xərcləri şişirtməklə baş ofisdən vəsait tələb edib” - Mehmet Şahanın məhkəmə prosesi

Bakı Ağır Cinayətlər Məhkəməsində baş ofisi Fransada yerləşən “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən 8 milyon 860 min manat mənimsəməkdə ittiham olunan, adıçəkilən şirkətin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri, Türkiyə vətəndaşı Mehmet Şahanın məhkəmə iclası keçirilib.

Sfera.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid Sevda Rəhimli ifadə verib. O ifadəsində bildirib ki, 2021-ci ilin martından “Vlivi and Partners”  MMC-də aparıcı mühasib vəzifəsində işləyir:

 

“Vlivi and Partners”  MMC hüquq, vergi və mühasibatlıq sahəsində xidmətlər göstərir. 2021-ci ilin aprelindən Fransa respublikasında yerləşən “Thales İnternational SAS” sadələşdirilmiş cəmiyyəti ilə müqavilə bağladıq və iyun ayından mühasibatlıq üzrə xidmət göstərirəm. Həmin dövrdə “Thales İnternational Western Counties B.V.”nin Azərbaycandakı nümayəndəliyinin vergi, mühasibatlıq və insan resursları üzrə işlərini icra edirik. Həmçinin baş ofisə aylıq hesabatlar təqdim edirik. Mehmet Şahan 2014-ci ilin mayındana “Thales İnternatiinal SAS” tərəfindən qeyri-müəyyən müddətə Azərbaycan Respublikasındakı nümayəndəliyinə direktor təyin olundu. O, 2014-2021-ci illər ərzində “Thales İnternational Western Countries B.V.”-nin Azərbaycan nümayəndəliyinə rəhbərlik edib və yeganə qanuni təmsilçi olduğu nümayəndəliyin baş ofisdən aylıq xərclərin, əmək haqları, nümayəndəliyin hüquq, mühasibatlıq, sığorta xidmətləri, aviabiletlər, təhsil haqları, ofisin icarə haqları, üzvlük haqları, sərgilər üzrə xidmət haqları, otel xidmətləri, ofisin saxlanma xərcləri, işçilərin gəlir, vergiləri, DSMF-na ayırmalar və digər xərclərin ödənilməsi üçün göndərilmiş11 milyon manatdan artıq vəsaitin 7 milyon 500 min manatdan artıq məbləğində pul vəsaitini mənimsəməsində şübhələrimiz yarandı. Baş ofisə təqdim edilən xərc hesablarının və bank çıxarışlarının saxtalaşdırılması, həqiqəti əks etdirməyən maliyyə rəqəmlərinin qeyd olunması, baş ofisi aldadaraq xidmət haqqlarının şişirdilməsi faktları mövcuddur. Nümayəndəliyin aylıq xərcləri şişirdilməklə baş ofisdən vəsait tələb edilib və daxil olan vəsaitlər aidiyyatı üzrə xərclənməyib. Saxta, həqiqətə uyğun olmayan  hesabatlarla baş ofisdən nümayəndəliyin real xərcləri gizlədilib. Mehmat Şahan “Yapı Kredi Bank”dan əsl bank çıxarışlarını əldə etdikdən sonra onları dəyişib, təhrif edib, saxta və şişirdilmiş rəqəmləri bank çıxarışlarına daxil edib. Guya xərclər formalaşdırıb və həmin bank çıxarışlarına “Yapı Kredi bank”ın imza və möhürünü skan edib, saxta çıxarışı baş ofisə təqdim edib”. 

 

Digər şahid Tamilla Turabovanın sözlərinə görə, 2014-cü ilin iyul ayından Fransa Respublikasının “THALES İVC” MMC-nin Azərbaycan nümayəndəliyinin direktorunun inzibati məsələlər üzrə köməkçisi vəzifəsində işləyir:

 

“Mənimlə əmək müqaviləsini Mehmet Şahan bağlayıb. Fransa Respublikasının “Thales İVC” MMC-nin Azərbaycan nümayəndəliyinin direktorunun inzibati məsələr üzrə köməkçisi kimi əsas vəzifəm inzibati təsərrüfat fəaliyyətinin təşkili, mədaxildən sonra invertar nömrələrini qoymaq, hər il inventarizasiya hesabdan silmə, təyin olunmuş uçotun aparılmasına aiddir”.

 

Şahidin sözlərinə görə, Mehmat Şahan şirkətə məxsus əmlakı talama və sənədləri saxtalaşdırmağa yol verdiyi üçün əmək müqaviləsinə xitam verilib. Şahid deyib ki, “Tales İVC” MMC-nin Azərbaycan nümayəndəliyinə 4 milyon avrodan yuxarı məbləğində ziyan vurub:

 

“Mən dəqiq olaraq Mehmet Şahanın hansı üsullardan istifadə edərək hansı məbləğdə ziyan vurmasını bilmirəm. Mehmet Şahanın cəmiyyətə göstərilən məbləğdə ziyan vurmasını hansı qaydada hesablanmasından məlumatım yoxdur. Bu hesablamalar cəmiyyətin mərkəzi ofisində aparılıb”.

 

Şahid qeyd edib ki, cəmiyyətin Azərbaycan nümayəndəliyin üzvləri 4 nəfərdən ibarət olub. Onun sözlərinə görə, əvvəllər baş ofisdən nümayəndəliyə gələn olub. Qeyd edib ki, baş ofisdən yoxlama gəlməyib, onun belə bir yoxlamanın nümayəndəlikdə aparılmasından da xəbəri olmayıb.

 

Daha sonra təqsirləndirilən şəxsin vəkili Rübayil Səfərov vəsatətlər qaldırıb. O məhkəmə-mühasibat ekspertizasının keçirilməsini istəyib. Vəkil deyib ki, Farnsa şirkəti 11 milyon ödəniş edildiyini, bunun 8 milyon manatdan çoxunun mənimsənildiyini iddia edir. Vəkil bildirib ki, mənimsənilməsi iddia olunan rəqəm baş ofis tərəfindən şişirdilib. Vəkilin sözlərinə görə, işdə mənimsəmə faktı yoxdur.

 

Vəkil həmçinin müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini istəyib. Onun sözlərinə görə, Mehmet Şahanın həbs olunması əsassız olub.

 

Vəkil qeyd edib ki, Mehmet Şahanın həbs edilməsi Fransa tərəfinin apardığı düşmənçilik siyasətidir: “Bu gün bizi öz əlimizlə vurmaq istəyirlər. Buna imkan vermək lazım deyil”.

 

Müşavirə keçirən hakim Mehmet Şahanın barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyib.

 

Hakim deyib ki, məhkəmə-mühasibat ekspertizasının keçirilməsi barədə vəsatət baxılmamış saxlanılır: “Bu işdə sənədlər araşdırılısın, şahidlər dindirilsin, zərurət yaransa məhkəmə-mühasibat ekspertizası təyin olunması məsələsinə baxılar bilər”.

 

Hakim həmçinin deyib ki, bundan əvvəl də həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət verilib, amma şahidlərin dindirilməsi mərhələsində bu məsələyə baxılması düzgün deyil.

 

Vəkil hesab edib ki, bu cinayət işi quramadı. Onun sözlərinə görə, Mehmet Şahana qarşı ittiham əsassız qurulub: “Fransa ermənipərəst siyasətini yürüdür.  Bu işi qurmaqla həmin siyasətini davam etdirirlər. Biz bu oyuna gəlməməliyik”.

 

Məhkəmənin növbəti iclası dekabrın 12-ə təyin edilib.  

 

Qeyd edək ki, “THALES İNTERNATİONAL WESTERN COUNTRİES B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlu 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməkdə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməkdə ittiham olunur.

 

Mehmet Şahana Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və barəsində bu ilin fevralın 17-də  həbs qətimkan tədbiri seçilib.

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...