10 manat borca görə qətl – Dayısı oğlunun ürəyindən vurdu
Gəncə Ağır Cinayətlər Məhkəməsində dayısı oğlu, 2001-ci il təvəllüdlü Çingiz Vəlizadəni bıçaqlayaraq qətlə yetirən 1998-ci il təvəllüdlü Əli Əsgərova hökm oxunub. O, məhkəmənin qərarı ilə13 il müddətinə azadlıqdan məhrum edilib.
Sfera.az xəbər verir ki, hadisə ötən ilin dekabrın 14-də Ağstafa rayonunun Köçəsgər kəndində baş verib.
Əli dayısı oğlu Çingizin Ağstafanın Qırılı kəndindəki sahəsdində suvarma işləri görüb. Tərəflər görülən işə görə gündəlik olaraq 10 manat ödəniş ediləcəyinə razılaşıblar. Amma sonradan tərəflər arasında ödənişlə bağlı mübahisə yaranıb və dayısı oğlu Əlinin bir həftəlik zəhmət haqqını ödəməkdən imtina edib.
Bundan əsəbiləşən Əli dayısı oğlu Çingizi telefonda söyərək, bloka atıb. daha sonra Çingiz ağır söyüşlərə görə Əlini Köçəsgər kəndindəki kanalın kənarına mübahisəyə çağırıb. Əli sözügedən əraziyə çatdıqda Çingiz və digər dayısı oğlanlarının hücumuna məruz qalıb. Dayısı oğlanları ilə tək bacarmayacağını düşünən Əli bıçağa əl atıb və Çingiziə ardıcıl zərbələr endirib.
Çingiz xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Nəzrin