“Bu uşaq məndən deyil...” – Arvadını lüt halda küçəyə atdı, 11 aylıq oğlunu isə... - MƏHKƏMƏ

“Bu uşaq məndən deyil...” – Arvadını lüt halda küçəyə atdı, 11 aylıq oğlunu isə... - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində 11 aylıq oğlunu yerə çırparaq öldürməyə cəhddə təqsirləndirilən 1992-ci il təvəllüdlü Samir Ağakərimova hökm oxunub.

Sfera.az xəbər verir ki, o, məhkəmənin hökmü ilə 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Xatrladaq ki, hadisə bu il aprelin 26-da Yasamal rayonu ərazisində baş verib. Hadisənin təfərrüatlarını təqdim edirik.

2013-cü ildə ailə quran Samir Pərvanənin evliliklərindən 2014-cü ildə Nəzakət, 2017-ci ildə Tofiq və 2021 -ci il tarixdə Amin adlı övladları dünyaya gəlib. Sonuncu övladları doğulandan sonra Samir evdə hər gün dava-dalaş salaraq Aminin onun övladı olmadığını deyərək həyat yoldaşını əxlaqsızlıqda günahlandırıb. Bu ittihama səbəb isə Pərvanənin maddi sıxıntılara görə sosial şəbəkələrdə yardım səhifələrinə müraciət etməsi olub. Belə ki, o uşaqları üçün yardım istəyib və dəfələrlə müxtəlif insanlardan yardım alıb. Samir isə bu yardımları Pərvanənin gəzdiyi şəxsin etdiyini iddia edib.

 

Araşdırmalar zamanı Samirin narkotik istifadəçisi olduğu və hadisə günü narkotik vasitələrin təsiri altında olduğu məlum olub.

 

O hadisədən əvvəlki son 3-4 gün ərzində dayanmadan 11 aylıq Aminin başqa kişidən olduğunu deyərək Pərvanə ilə mübahisə etməyə başlayıb. 26 aprel günü isə o, Pərvanəni və 3 övladını çılpaq soyundurub və həyətə çıxarıb. Sonra Samir özü də çılpaq soyunub və onlara göndərilmiş yardımları və əşyaları küçəyə tullayıb. Daha sonra o, qəflətən Amini Pərvanənin qucağından alaraq var gücü ilə yerə çırpıb. Samir bununla kifayətlənməyib və uşağı ikinci dəfə də yerə çırpıb. Xəstəxanaya çatdırılan uşağın həyatını xilas etmək mümkün olub.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...