Bayram süfrəsində söyüş, dörd bıçaq zərbəsi və... – Məhkəmə işi
Gəncə Ağır Cinayətlər Məhkəməsində söyüş söydüyü üçün həmkəndlisi, 2001-ci il təvəllüdlü Röyal İbrahimovu bıçaqla xəsarət yetirən 2002-ci il təvəllüdlü Elmi Aslanlıya hökm oxunub.
Sfera.az xəbər verir ki, hadisə bu il martın 21-də Şəmkir rayonunun Qədimqala kəndində qeydə alınıb. Məlum olub ki, A. Elmi bayram axşamı yaxınlarının ziyarətinə gedib və orada spirtli içki qəbul edib. Evlərinə qayıtdıqdan sonra qonşuluqda yaşayan Röyalgilə yollanıb, onlarda tonqal qalayaraq masa hazırlayıblar.
Röyal sərxoş olduğundan süfrədə söyüş söyməyə başlayıb. Elmi bundan narahat olaraq Röyala “söyüşlə danışmayaq, hamımızın anası-bacısı var, heç kimi narahat etməyək” xəbərlığını edib. Lakin Röyal yenidən söyüş söyüb. Bundan sonra isə tərəflər tutaşıb.
Röyalın əlində boş araq şüşəsinin olduğunu görən Elmi evdən mətbəx bıçağını götürüb və həmin bıçaqla Röyala 4 dəfə xəsarət yetirib.
Məhkıəmənin hökmünə əsasən Aslanlı Elmi Cinayət Məcəlləsinin 29. 120.1-ci(qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
Nəzrin Cavadzadə