“Elə bildim yuxudur, arvadımı oyatdım...” – Zərbəlinin gecə soyğunu və intim görüntülərlə şantajının DETALLARI

“Elə bildim yuxudur, arvadımı oyatdım...” – Zərbəlinin gecə soyğunu və intim görüntülərlə şantajının DETALLARI

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq yolu ilə  evdən 2000 ABŞ dolları və 190 manat oğurlayan 1994-cü il təvəllüdlü Zərbəli Çigəliyev və 1991-ci il təvəllüdlü Xəqani Günəşova hökm oxunub.

 

Sfera.az xəbər verir ki, hadisə ötən ilin dekabrın 1-də Qusar rayonunun Əvəcuq kəndində baş verib. Ev sahibləri Gülbəniz və Fəzail gecə saat 3 radələrində evdən səs gəldiyini eşidiblər. Onlar səsə oyandıqda başlarının üstündə əllərində kiçik əl fənərləri və mətbəx bıçağı olan iki maskalı şəxsin dayandığını görüblər. Maskalı şəxslər ev sahiblərini öldürməklə hədələyərək onlardan pulu harada saxladıqlarını soruşublar.

 

Məhkəmədə ifadə verən ev sahibi Fəzail bildirib ki, o pulun olmadığını desə də, quldurlar ona inanmayıb:

 

 

“Əvvəl yuxu gördüyümü güman edərək, həyat yoldaşım Gülbənizi yuxudan oyatdım. Onlardan nə istədiklərini soruşmuşdum. Gülbəniz də gözlərini açan kimi başımızın üstündə iki nəfər maskalı şəxsin dayandığını görüb qorxdu. Bu zaman həmin şəxslər bizə bildirdilər ki, səsimizi çıxartmayaq, onlara pul və qızıl lazımdır. Onlara dedim ki, evdə pul yoxdur, arvadım Gülbəniz də mənim sözlərimi təsdiqlədi. Buna baxmayaraq həmin şəxslər təkrar pul tələb etdilər.”

 

Daha sonra maskalı şəxslər ev sahiblərinin əlllərini bağlayaraq, evdən 2000 ABŞ dolları və 190 manat dəyərində pulu götürərək evi tərk ediblər. 

 

Araşdırmalar zaman quldurluq edən şəxslərdən Zərbəli Çigəliyevin başqa cinayəti də üzə çıxıb. Məlum olub ki, o, İnstaqram üzərindən tanış olduğu Günel Quliyevanı (ad və soyad şərtidir) evlənəcəyi vədi ilə aldadaraq ondan intim video göndərməsini istəyib. Günel videonu göndərib, Zərbəli isəgörüntüləri silməyərək özündə saxlayıb. Bir müddət sonra o, Güneli evləndikdən sonra yaşayacaqları mənzilə baxmaq adı ilə aldadaraq Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən bir mənzilə çağırıb. Günel mənzilə daxil olduqdan sonra Zərbəli qapını kilidləyərək, çılpaq  görüntülərini yaymaqla hədələyib və onunla cinsi əlaqədə olmasını tələb edib. Günel bu hədələrdən qorxaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Lakin Zərbəlinin təhdidləri bununla  bitməyib. O, Günelə əlində videolarının olduğunu deyərək ondan pul tələb etməyə başlayıb.

 

“Məndən 1000 ABŞ dolları pul tələb etdi və verməyəcəyim təqdirdə videogörüntüləri sosial şəbəkədə yayacağını dedi. Qorxumdan həmin pulu ona verdim. Daha sonra Zərbəli növbəti dəfə məndən 2 min manat da tələb etdi. Artıq başa düşdüm ki, Zərbəli məndən əl çəkməyəcək və daim pul istəyəcək. Odur ki, polisə şikayət etdim.”,- deyə Günel Quliyeva ifasəsində bildirib.

 

Məhkəmənin hökmü ilə Zərbəli Çigəliyev 11 il, Xəqani Günəşov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR