Rusiyada həbsdə olan Hacı Beyləqanskinin cəzası artırıla bilər - SƏBƏB
Azərbaycanlı “qanuni oğru” Hacıbala Talıbxanlı (Hacı Beyləqanski) Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi ilə mühakimə oluna bilər.
Sfera.az xəbər verir ki, Rusiyanın güc strukturları hazırda həbsdə olan Hacı Beyləqanskinin kriminal iyerarxiyada yüksək titula sahib olduğunu müəyyən edib.
Qeyd edək ki, Hacı Beyləqanskinin “oğru” titulunun əlindən alındığı bildirilirdi. Rusiyanın güc strukturları isə bu iddialara rəğmən, Hacı Beyləqanskini “qanuni oğru” kimi qəbul edərək ona qarşı 210.1-ci maddə (kriminal iyerarxiyada yüksək statusa malik olmaq) ilə ittiham irəli sürməyə hazırlaşır. Əgər Hacı Beyləqanskiyə bu ittiham verilsə, o zaman “qanuni oğru”nu minimum 10 il azadlıq məhrumetmə cəzası gözləyir.
Hacı Beyləqanski 1982-ci il martın 29-da Beyləqan şəhərində anadan olub. 2012-ci il dekabrın 10-da Dubayda keçirilən "sxodka"da “qanuni oğru” titulu alıb. Rövşən Lənkəranskiyə ən yaxın şəxslərdən sayılan Beyləqanski onun öldürülməsindən sonra Türkiyə polisi tərəfindən saxlanılıb, bir müddət sonra azadlığa çıxıb. Hazırda Rusiyada həbsdədir.
Nəzrin Cavadzadə