“Bakıda 3 iranlı ilə görüşdüm, mənə pul bağlaması verdilər...” – Məhkəmə işi

“Bakıda 3 iranlı ilə görüşdüm, mənə pul bağlaması verdilər...” – Məhkəmə işi

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun məhkəmə prosesi keçirilib.

 

Sfera.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində eyni ittihamla təqsirli bilinərək cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Rzayev dindirilib. M. Rzayev 2020-ci ildə DTX tərəfindən həbs olunub. Azərbaycan İslam Partiyasının sədr əvəzi olmuş ilahiyyatçı İlham Əliyevlə birgə mühakimə olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkəmə zalına qolları qandallı gətirilən şahid ifadəsində Səbuhi Səlimovu tanımadığını bildirib. O, iki dəfə Məşhəd şəhərində ziyarətdə olduğunu, orada heç kimlə görüşmədiyini məhkəmənin diqqətinə çatdırıb: “Həbsimə səbəb partiya sədri Hacı İlhama xidmət etməyim olub”.

 

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət yarandığından onun istintaqdakl ifadəsi məhkəmədə elan edilib.

 

O istintaqa verdiyi ifadəsində bildirib ki, İlham Əliyevlə iki dəfə İranda ziyarətdə olub: “Münasibətlərimiz yaxşı idi və bu, mən həbs olunana qədər davam etdi. Təxminən 2004-cü ildən onunla münasibətimiz ibadət əhli kimi daha da yaxşılaşdı”.

 

O ifadəsində bildirib ki, İlham Əliyev Azərbaycan İslam Partiyasının sədr əvəzi seçildikdən 3-4 ay sonra Mehman onun tapşırığı ilə metronun Nəriman Nərimanov və Qara Qarayev stansiyalarının yaxınlığındakı ərazilərdə 3 iranlı ilə görüşüb: “Görüşəndə mənə içində ABŞ əskinaslarının olduğu bağlama verdilər. Mən də həmin bağlamanı İlham Əliyevə çatdırıdım.”

 

M. Rzayevin sözlərinə görə, görüşdüyü iranlı şəxslər ona görüşə telefonsuz və maşınsız gəlməyi, görüşə gələrkən ehtiyatlı davranmağı tapşırıb:

 

M.Rzayev məhkəməyə bildirib ki, SEPAH əməkdaşları ondan Səbuhi Səlimovu deyil, Hacı Əlikramı soruşublar: ”Nardaranlıyam, Hacı Əlikram kəndçim olub”.

 

Hakim iranlının niyə məhz Səbuhi Səlimovun adını çəkməsini M.Rzayevdən soruşub. M.Rzayev cavabında belə deyib: “Elə deyirdilər ki, yadına sal, yadına sal. Mən də özümü qurtarmaq üçün Səbuhinin adını yazmışam. Başqa çıxış yolum yox idi. Səbuhini isə tanımamışam”.

 

Məhkəmədə şahidlərin dindirilməsi prosesi başa çatıb və sənədlərin tədqiqinə başlanılıb.

 

Qeyd edək ki, Səbuhi Səlimov ötən ilin oktyabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...