Anasını öldürüb meyitin fotosunu votsapla atasına göndərən Samir niyə HƏBS EDİLMƏDİ?

Anasını öldürüb meyitin fotosunu votsapla atasına göndərən Samir niyə HƏBS EDİLMƏDİ?

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin dekbarın 23-də anasını boğaz nahiyəsindən bıçaqlayaraq öldürən 1989-cu il təvəllüdlü Samir Cəfərov barəsində qərar qəbul edilib.

 

Sfera.az xəbər verir ki, məhkəmədə Samirin 2012-2013-cü illərdə bir il ərzində sərhəd qoşunlarında hərbi xidmətdə olduğu, hərbi xidmətdə olarkən təlim zamanı Zaqatalada avtoqəzaya düşdüyü və başından travma aldığı məlum olub. O 2016-cı ildə ruhi xəstəliklə bağlı 2 saylı Psixiatriya Xəstəxanasında stasionar müalicə almağa başlayıb və ona şizofreniya diaqnozu qoyulub. O, ruhi xəstəliyi ilə əlaqədar işdən azad olunub və psixotrop dərmanlar qəbul edib.

 

Samir xəstəliyinə görə sakit mühitdə olması üçün tək yaşasa da, mütəmadi olaraq ata evinə gedib-gəlib. O da bəlli olub ki, xəstəliyi şidddətləndiyi vaxtlarda Samir yalnız anasına qarşı aqressiv olub.

 

Atası məhkəmədə ifadəsində bildirib ki, cinayətlə bağlı məlumatı ona Samir özü verib:

 

“Votsapıma anasının qan içində uzanıb qaldığı fotonu göndərdi. Şəkilə baxdıqdan dərhal sonra sildim, fotonu saxlaya bilməzdim. Sonra Samir telefonla zəng edərək anasını bıçaqla qətlə yetirdiyini, polisdə olduğunu dedi. Samirə dedim ki, telefonu yanındakı polisə ver. Polis əməkdaşından Samirin şöbəyə gələrək anasını öldürdüyünü etiraf etdiyini öyrəndim. Hər il psixiatrik xəstəxanada stasionar müalicə alıb, “depakin” adlanan dərman qəbul edirdi.”

 

Məhkəmənin qərarına əsasən, Samir Cəfərovun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

 

Nəzrin Cavadzadə


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...