Silah saxlayan və oğurluq edən şəxslər saxlanıldı - FOTO

Silah saxlayan və oğurluq edən şəxslər saxlanıldı - FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlayan və oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Həsən Əmirov saxlanılıb.

 

Onun idarəsində olan avtomobilə baxış keçirilən zaman 1 ədəd "Makarov" markalı tapança və 1 ədəd həmin tapançaya məxsus daraq aşkar edilərək götürülüb.

 

Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə mal-qara oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayon sakini Elnur Gülmalıyev olduğu müəyyən edilib. E.Gülmalıyev oğurladığı iribuynuzlu heyvanları dəyərindən ucuz qiymətə sataraq zərərçəkmiş şəxslərə 5400 manat miqdarında ziyan vurub.

 

Adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Bakıda FACİƏ: marketdə iki nəfəri cərəyan vurub öldürdü

Bakıda 2 nəfəri elektrik cərəyanı vuraraq, öldürüb.   Sfera.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.   Qəsəb...

Bu gün imtahan var

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 4-də keçirilmiş Azərbaycan dili imtah...

Ukrayna ordusunun ən böyük çatışmazlığı budur

Ukraynanın istehsalına başlamağı planlaşdırdığı "Sapsan" ballistik raketi artıq indi cəbhədə yüksək tələbat görür, çünki taktiki dərinlikdə güclü zərb...

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...