Bakıda tələbə polisi BIÇAQLADI - MƏHKƏMƏ

Bakıda tələbə polisi BIÇAQLADI - MƏHKƏMƏ

Bakıda bıçaqlanma hadisəsi törətmiş Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsi, Şuşa sakini, 2002-ci il təvəllüdlü Orxan Quliyevə (soyadlar şərtidir) hökm oxunub.

 

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2021-ci ilin oktyabrın 2-si saat 21:00 radələrində Binəqədi rayonu, Fatmayı bağlar massivi ərazisində yerləşən “Bulud” kafesinin yaxınlığında polis serjantı Elvin Rəcəbova bıçaqla xəsarət yetirən gəncə beş il müddətə azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron nəzarət cihazı tətbiq edilib və üzərinə yaşadığı yeri tərketməmə tapşırığı qoyulub.

 

Qeyd edək ki, hadisə qeyd edilən kafedə Orxan Quliyevin dostunun hərbi xidmətə getməsi münasibətilə təşkil edilmiş məclis zamanı baş verib. Həmin vaxt Orxan kafedə Murad adlı şəxslə dalaşıb və mübahisə çöldə davam edib. Bu zaman xidmətdə olmayan və mülki formada olan Elvin adlı polis əməkdaşı həmin kafedəki məclisdə iştirak edən qardaşının arxasıyca gələrkən əlbəyaxa olan gəncləri görərək onları ayırmağa çalışıb. Nəticədə Orxan öz ictimai vəzifəsini yerinə yetirən şəxsə bıçaqla ağır xəsarət yetirib.

 

Məhkəmədə polis əməkdaşı onu bıçaqlayan gəncdən şikayətçi olmadığını, Orxanı bağışladığını bildirib.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...