Logo

DTX tərəfindən saxlanılan Əbülfəz Məlikov nədə ittiham olunur? - Maddələr AÇIQLANDI

DTX tərəfindən saxlanılan Əbülfəz Məlikov nədə ittiham olunur? - Maddələr AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun hansı maddələr üzrə ittiham olunduğu məlum olub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.

Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR