Ukrayna məhkəməsindən azərbaycanlı qazi ilə bağlı QƏRAR

Ukrayna məhkəməsindən azərbaycanlı qazi ilə bağlı QƏRAR

Avqustun 2-3-də Kiyev Apellyasiya Məhkəməsində Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyevin işi üzrə məhkəmə iclası keçirilib.

 

Sfera.az report-a istinadən xəbər verir ki, proseslərdən biri azərbaycanlıların vəkili Valeri Dobroneysi şikayəti, digəri isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təşkilatının müraciəti əsasında baş tutub.


Vəkilinin iddiası ilə avqustun 2-də toplanan məhkəmə prosesi Kiyevdə verilən növbəti hava həyəcan siqnalı ucbatından növbəti həftəyə təxirə salınıb. Digər prosesdə isə diaspor təşkilatının azərbaycanlı təqsirləndirilənlərin zaminə buraxılması tələbi yenə də təmin olunmayıb. Hər iki müraciətdə əvvəlki proseslərdən narazılıq bildirilərək hələ də günahı sübuta yetirilməyən azərbaycanlılar barədə son məhkəmə qərarının verilməsi tələbi irəli sürülüb.

 

Bu prosesdə də UABD-nin azərbaycanlı qazinin zaminə buraxılması ilə bağlı iddiası təmin edilməyib. Kiyevdə olan təşkilatın sədr müavini Elşad İbrahimov bildirib ki, bu səbəbdən artıq zaminlik iddiasından vaz keçərək qazinin azad edilməsi üçün başqa hüquqi yol seçəcəklər.

 

Əvvəlki proseslərdən fərqli olaraq bu dəfəki prosesdə iştirak edən təqsirləndirilən azərbaycanlı qazi Misir Qasımlı qeyd ki, 1 ildir ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib, məhkəmə son qərar da vermir: "Prokuror açıq-aşkar bildirir ki, Qarabağ qazisi başkəsəndir, onu buraxmaq olmaz". Qazi və yaxınları bu işin arxasında erməni lobbisinin olduğunu vurğulayırlar.


Qeyd edək ki, azəbaycanlılar Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, 1 ildir sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar.

 

M.Qasımlı "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...