Logo

Lotu Qulinin adamını Kamçatkada tutdular: Onu ora kim göndərmişdi?

Lotu Qulinin adamını Kamçatkada tutdular: Onu ora kim göndərmişdi?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın Kamçatka diyarında azərbaycanlı kriminal avtoritet Cəmşir Məmmədov saxlanılıb.

Sfera.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, C.Məmmədov Lotu Qulinin varisi Namiq Səlifovun adamı kimi tanınır. "Brodyaqa" ləqəbli Məmmədov Ukraynada həbs həyatı yaşayıb.

2021-ci ilin sentyabrında isə Sankt-Peterburqa köçüb. Həmin vaxt o, xüsusi tapşırıq alıb. Namiq onu Kamçatkaya göndərərək yarımadada nəzarəti ələ keçirməyi tapşırıb. Cəmşir Məmmədov 2021-ci ilin dekabrında Kamçatkaya gəlib və orada "qara kassa" yaradıb. Sahibkarları ona külli miqdarda pul verməyə məcbur edib.

Hazırda C. Məmmədov Kamçatkada təcridxanada saxlanılır.(lent.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR