Logo

Günlərdir axtarışda olan məktəblinin meyiti tapıldı

Günlərdir axtarışda olan məktəblinin meyiti tapıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şabran rayonunda Taxtakörpü su anbarında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Bu barədə Sfera.az-a FHN-ə istinadən xəbər verir.

Meyitin su anbarından çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Meyitin 06.07.2022-ci il tarixdən axtarışda olan 2008-ci il təvəllüdlü Ağamirzəyev Amin Şahin oğluna aid olduğu təsdiqlənib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR